Ermənistanda konstitusiyanın məzmununun müəllifi xalq olsa, nə dəyişəcək? – BAXIŞ BUCAĞI

2024/04/17073-1713430015.jpg
Oxunub: 222     09:28     19 Aprel 2024    
Ermənistanın Baş naziri Nikol Paşinyan deyir ki, konstitusiyanın məzmununun müəllifi xalq olmalıdır, onlar konstitusiyanın məzmununu xalqla birlikdə yaratmalıdırlar. Bu, ilk baxışdan kifayət qədər cazibədar səslənə bilər. Ancaq kifayət qədər qeyri-kompetentdir.

Xüsusilə, Ermənistanda xalq konstitusiyanın məzmununun və ya mətninin müəllifi ola bilməz, çünki 30 il ərzində Azərbaycan torpaqlarının işğalını dəstəkləmiş bir xalqdan danışırıq. Əgər Ermənistanda yeni konstitusiyanın məzmununu həmin xalq yaradacaqsa, bu o deməkdir ki, İrəvanın istənilən siyasi, dövlət konsepsiyası, planı, strategiyası dəyişməyəcək.

Bu baxımdan, konstitusiya həm mətn, həm də ümumi məzmun, fəlsəfə baxımından səriştəli insanlar tərəfindən yaradılmalıdır. Əgər konstitusiyanın yaradılması radikal düşüncədə olan bir xalqın ixtiyarına verilirsə, xalqa aid edilirsə, bu, sadəcə olaraq, kifayət qədər cəlbedici bəyanatla konstitusiyanın məzmununa görə məsuliyyətdən yayınmağın əsaslarının qoyulması deməkdir.

Əgər radikal erməni xalqının “müəlliflik hüququ” elan olunursa, bu o deməkdir ki, idarə edən siyasi qüvvə konstitusiya məsələsində sırf anın siyasi konyukturasına və bundan irəli gələn “ehtiyaclar”a əsaslanaraq qərarlar verir və növbəti ambisioz planları sonraya saxlayır. Ermənistanın belə bir konstitusiyası və ümumiyyətlə belə bir səriştəsiz idarəçilik dövləti bölgəni qeyri-müəyyənlik və təşviş rejimində saxlayacaq.

Aqil Məmmədov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Konstitusiya  


Bizi "telegram"da izləyin