Sabiq erməni nazir müavini: “Dövlət siyasəti iqtisadiyyatı nəhayət çökdürməyə yönəlib”

2024/04/1713428649.jpg
Oxunub: 124     17:09     18 Aprel 2024    
“Dövlət siyasəti iqtisadiyyatı nəhayət çökdürməyə yönəlib, xüsusən də kənd təsərrüfatı sahəsində heç bir sistem işləmir, sektor 18-19-cu əsrlər səviyyəsindədir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan kənd təsərrüfatı nazirinin keçmiş müavini Aşot Harutyunyan deyib.

“Bizim dövlətimiz var, amma iqtisadiyyatımız yoxdur, bu olmadan isə dövlət inkişaf edə bilməz. Dövlət fors-major vəziyyətlər və təhlükəsizlik təhdidləri zamanı dayanıqlılığa malik olmalıdır. Müttəfiq dövlətlərlə əməkdaşlıq şəraitində hərbi sənaye kompleksinin inkişafı ilə yanaşı, ərzaq təhlükəsizliyi barədə də düşünmək lazımdır. Müharibədə olan heç bir ölkədə şəhərsalma və ya zərgərlikdən danışmırlar”, - deyə Harutyunyan qeyd edib.

Ermənistan kənd təsərrüfatı nazirinin keçmiş müavini təhlükəsizliyin gücləndirilməsini, o cümlədən ərzaq təhlükəsizliyini əsas problem adlandırıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İqtisadiyyat   Xaos  


Bizi "telegram"da izləyin