Erməni ekspert: “Qan dadını almış, hər hansı bir daxili qırmızı xəttə malik olmayan hakimiyyət var”

2022/09/1662189442.jpg
Oxunub: 152     17:54     18 Aprel 2024    
“Dövlətin himayəsində olan şəxsin dövlət səviyyəsində qorxutmaya məruz qalması dövlətin mövcudluğunun dayandırılması deməkdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ Layihələr” qrupunun üzvü, erməni ekspert Vahe Hovhannisyan “Facebook” səhifəsində yazıb.

“Ermənistan cəmiyyəti nə vaxt qəzəblənəcək? Köhnə gözləntilər - ayılmaq, oyanmaq, birləşmək, ayağa qalxmaq və s. artıq keçib. 2019-cu ildə ayılmalı, 2021-ci ildə birləşməli, 2023-cü ildə özümüz üçün ayağa qalxmalı idik. Bu baş vermədi. İndi fərqli bir prosesdir. Qan dadını almış, reallıqdan sürətlə qopan, hər hansı bir daxili qırmızı xəttə malik olmayan hakimiyyət var”, - deyə o qeyd edib.

Hovhannisyan bildirib ki, Samvel Vardanyanın başına gələnlər 30 illik dövlətçiliyin ən çirkin epizodlarından biri idi.

“Dövlətin himayəsində olan şəxsin dövlət səviyyəsində qorxutmaya məruz qalması dövlətin mövcudluğunun dayandırılması deməkdir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hakimiyyət  


Bizi "telegram"da izləyin