Erməni ekspert: “Bu, Zəngəzurun həssaslığını, Azərbaycanın hücum sürətini daha da artıracaq”

2024/04/1713425340.jpg
Oxunub: 230     16:54     18 Aprel 2024    
“Rusiyanın Qarabağdan çıxması bizim üçün iki əsas şey deməkdir: “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) “subyektivliyi”nin tamamilə ləğvi. Qarabağı yenidən “azad etmək” (işğal etmək-red.) üçün, sözün əsl mənasında, sıfırdan yox, mənfidən başlamaq lazımdır”.

Ordu.az xəbər verir ki, bunu erməni türkşünas Varujan Geğamyan öz “Facebook” səhifəsində yazıb.

“Zəngəzurla Azərbaycan ordusu arasında mümkün olan sonuncu maneə aradan qaldırılıb ki, bu da Zəngəzurun həssaslığını və eyni zamanda Azərbaycanın hücum sürətini daha da artıracaq. Zəngəzur tamamilə türk maşasına düşdü. Ermənistanın de-fakto hakimiyyətinin indi Tavusda etdikləri sadəcə olaraq daha sürətli templərlə eyni nəticəyə gətirib çıxaracaq”, - deyə Geğamyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zəngəzur   Azərbaycan   Hücum  


Bizi "telegram"da izləyin