“Freedom House”: Ermənistanda az sayda müstəqil KİV balanslaşdırılmış xəbərlər verir

2024/04/fgdf2-1713425151.jpg
Oxunub: 97     20:13     18 Aprel 2024    
Ermənistanda az sayda müstəqil və əsasən onlayn KİV balanslı, araşdırma xarakterli xəbərlərin verilməsində mühüm rol oynayır.

Ordu.az xəbər verir ki, bu barədə “Freedom House” hüquq müdafiə təşkilatı “Nations in Transit 2024” adlı illik hesabatında qeyd edib.

Hesabatda bildirilib ki, Ermənistan media sahəsi siyasi baxımdan yüksək qütbləşməyə davam edir, həm iqtidara, həm də müxalifətə aid media orqanları onları dəstəkləyən xəbərlər yayırlar.

“Freedom House” vurğulayıb ki, söz və məlumat azadlığını məhdudlaşdıran iki qanunvericilik düzəlişi 2023-cü ildə təqdim edilib, lakin media və vətəndaş cəmiyyətinin tənqidləri səbəbindən geri götürülüb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Medya  


Bizi "telegram"da izləyin