Erməni politoloq: “Elə bir nöqtə gəlib çatıb ki, heç bir qayıdış haqqında söhbət olmadığı aydındır”

2024/04/1713424857.jpg
Oxunub: 188     16:19     18 Aprel 2024    
“Ruslar hələ də Qarabağ xəttini saxlaya biləcəklərinə ümid edirdilər, yəni yenə də ümid edirdilər ki, Qarabağdan köç etmiş şəxslər qayıda bilər, geri qayıtmalı olsalar, onların təhlükəsizliyi təmin edilməlidir”.

Ordu.az xəbər verir ki, bunu erməni politoloq Artur Martirosyan deyib.

Onun sözlərinə görə, elə bir nöqtə gəlib çatıb ki, heç bir qayıdış haqqında söhbət olmadığı aydındır.

“Üstəlik, erməni tərəfi hər şeyi edir ki, heç bir qayıdış söhbəti olmasın. Ruslar bütün bunları gördülər, mövzunu bağlamaq müqabilində Azərbaycandan başqa nəsə almaq qərarına gəldilər, həmişə olduğu kimi bu yanaşmalar həm türklərdə, həm də azərbaycanlılarda işləyir”, - deyə Martirosyan qeyd edib.

Martirosyan bildirib ki, Rusiya üçün Ukraynadakı problemi indi həll etmək vacibdir, sonra başqa məsələlərlə məşğul olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Qarabağ   Azərbaycan  


Bizi "telegram"da izləyin