“Sülhməramlıların Qarabağdan çıxarılması Paşinyanın bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanımasının məntiqi nəticəsidir” - Karasin

2019/07/4242-1562777456.jpg
Oxunub: 449     21:21     18 Aprel 2024    
“Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ərazini Azərbaycanın tərkib hissəsi kimi tanımasının məntiqi nəticəsidir”.

Ordu.az xəbər verir ki, bunu Rusiya Federal Şurasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Qriqori Karasin deyib.

Onun sözlərinə görə, bu, Ermənistan lideri tərəfindən Qarabağın Azərbaycanın tərkib hissəsi kimi tanınmasının tamamilə məntiqi nəticəsidir.

“Fakt budur ki, bunun Azərbaycanın ərazisi olduğunu deyən Nikol Paşinyanın ağzı ilə Qarabağ məsələsinin həllindən sonra sülhməramlılarımızın mövcudluğu məsələsi birbaşa Azərbaycan rəhbərliyi ilə təmasda həll olundu. Və onları tədricən çıxarmaq qərara alındı”, - deyə Karasin qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ermənistan   Sülhməramlı   Qarabağ  


Bizi "telegram"da izləyin