Belqorod vilayəti atəşə tutulub, yaralananlar var

2024/04/1713417332.jpg
Oxunub: 170     08:11     18 Aprel 2024    
Rusiyanın Belqorod vilayətinin atəşə tutulması nəticəsində iki nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov “VKontakte”də bildirib.

“Şebekino və Razumnı-71-də iki nəfər yaralanıb. Bir nəfər ambulator tibbi yardım alır və xəstəxanaya yerləşdirilməkdən imtina edib. Bir qadın isə ayaq yarası ilə həkimlərin müşahidəsi altındadır”, – o qeyd edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Belqorod  


Bizi "telegram"da izləyin