NYT: İsrail hücuma cavab olaraq İrana genişmiqyaslı zərbələr endirməyi planlaşdırırdı

2024/04/1713417070.jpg
Oxunub: 167     05:20     18 Aprel 2024    
İsrail rəhbərliyi İranın yəhudi dövlətinə raket və dron buraxdığı gecə ona qarşı irimiqyaslı zərbələr endirməyi planlaşdırırdı.

Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” öz mənbələrinə istinadən məlumat yayıb.

Mənbərə görə, İsrail rəhbərliyi irimiqyaslı zərbələr əmr etməyə “yaxın idi”. Məhz bu səbəbdən ABŞ rəsmiləri İsraili müdafiəsinə qələbə kimi baxmağa çağırıb ki, yəhudi dövləti bundan sonra daha da gərginləşdirici addımlar atmasın.

Nəşr qeyd edib ki, İsrailin Baş nazir Binyamin Netanyahu ABŞ Prezidenti Cozef Baydenlə söhbətindən sonra cavab atəşi qərarını ertələyib və bundan sonra “ertələmələr” davam edib.

Xatırladaq ki, aprelin 14-nə keçən gecə İran 300 dron, qanadlı raketlər və ballistik raketlərlə İsrailə hücum edib. İsrail ordusu buraxılmış raket və dronların 99 %-ni məhv etdiyini iddia edib. Eyni zamanda, İran hücumunu uğurlu adlandırıb. İsrail İranın hücumuna “əhəmiyyətli və güclü cavab” verəcəyini söz verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin