Tbilisidə etirazlar: ötən günə nəzərən bu gün aksiya dinc şəraitdə keçir

2024/04/Ekran-1713380816.jpg
Oxunub: 147     22:19     17 Aprel 2024    
“Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin parlamentə yenidən təqdim edilməsinə görə Tbilisidə etiraz aksiyası davam edir.

Ordu.az xəbər verir ki, ötən günlərə nəzərən bu gün aksiya dinc şəraitdə keçir.

Hələ ki polislə etirazçılar arasında heç bir qarşıdurma yaşanmayıb.

Əvvəlki günlərdən fərqli olaraq, bu gün parlamentin birbaşa ərazisində hüquq-mühafizə orqanlarının əməkdaşları yoxdur.

Daxili İşlər Nazirliyinin müxtəlif idarələrinin nümayəndələri parlamentin ətrafındakı küçələrə səfərbər olunsa da, onlar xüsusi avtobuslarda yerləşdirilib.

Xatırladaq ki, Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini birinci oxunuşda qəbul edib. Bununla belə, Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna veto qoyacağını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Etiraz  


Bizi "telegram"da izləyin