Fələstinin BMT-yə üzvlüyü sabah Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq

2023/09/64f6a-1693889570.jpg
Oxunub: 143     20:12     17 Aprel 2024    
Fələstinin Birləşmiş Millətlər Təşkilatına (BMT) tamhüquqlu üzvlüyü Təhlükəsizlik Şurasında səsverməyə çıxarılacaq.

Ordu.az xəbər verir ki, qanun layihəsinin aprelin 18-də BMT TŞ-nin Yaxın Şərqlə bağlı nazirlər səviyyəsində keçirəcəyi iclasda səsverməyə çıxarılacağı gözlənilir.

Qətnamə layihəsinin qəbul edilməsi üçün 15 üzvdən ibarət BMT TŞ-nin 5 daimi üzvü veto hüququndan istifadə etməməli və layihəyə 9 "lehinə" səsi verilməlidir.

Şuradan müsbət qərar çıxacağı təqdirdə, məsələ BMT Baş Assambleyasında müzakirə olunacaq və səsverməyə çıxarılacaq. 193 üzvdən ibarət BMT Baş Assambleyası Fələstinin tamhüquqlu üzvlüyünü təsdiqləmək üçün səslərin üçdə ikisi "lehinə" olmalıdır.

Qeyd edək ki, Fələstin 2011-ci ildə BMT-yə tam üzv olmaq üçün müraciət edib, lakin bu müraciət BMT TŞ-də lazımi dəstəyi almayıb və Fələstin 2012-ci ildə təşkilatda müşahidəçi ölkə statusu alıb.

Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur aprelin 2-də verdiyi bəyanatda BMT-nin baş katibi Antoniu Quterreşə məktub göndərərək, üzvlük müraciətlərinə yenidən baxılmasını istəyib. A.Quterreş isə aprelin 3-də BMT TŞ-na məktub yazaraq Fələstinin tələbinin gündəmə gətirilməsini istəyib. BMT TŞ aprelin 8-də Fələstinin tələbini təşkilata "Yeni Üzvlərin Qəbulu Komitəsi"nə göndərib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: BMT    


Bizi "telegram"da izləyin