Niderland Baş naziri: "Rusiyanın hava hücumları intensivləşib, Ukraynanın yeri NATO-dadır"

2024/04/661fd-1713366429.jpg
Oxunub: 136     18:01     17 Aprel 2024    
"Ukraynanın daha güclü havadan müdafiəyə ehtiyacı var".

Ordu.az xəbər verir ki, bunu Niderlandın Baş naziri Mark Rutte NATO qərargahında mətbuat konfransında deyib.

O bildirib ki, Rusiyanın Ukraynaya hava hücumları daha da intensivləşib: "Mülki infrastruktur, xəstəxanalar, yaşayış binaları, məktəblər hər gün atəş altındadır. Ukrayna uzaqmənzilli raketlərlə vurulur. Biz Ukraynaya özünü müdafiə etməsi üçün yardımımız davam etdirməliyik. Qərbin dəstəyi olmadan bu mümkün olmayacaq. Aydındır ki, xoş söz, niyyət və ya yalnızca maliyyə dəstəyi vermək Ukrayna üçün kifayət deyil. Daha çox havadan müdafiə sistemlərinə ehtiyac var və bu ehtiyac sürətlə təmin olunmalıdır.

Danimarka, Niderland və Çexiya olaraq biz birlikdə Almaniyanın son təşəbbüsünə ("Patriot" sistemlərinin Ukraynaya verilməsi -red.) necə töhfə verə bilmək imkanlarını gözdən keçirəcəyik. Biz Ukraynanın ehtiyac olduğu müddətdə dəstəkləyəcəyik və bunun üçün əmin olmalıyıq ki, Ukraynanın özünü müdafiə üçün bütün imkanları var".

O bildirib ki, Ukrayna və NATO arasında bağları möhkəmləndirmək, Ukrayna ordusunun NATO standartlarına tam uyğunlaşması üçün Ukrayna ordusu ilə işləməyə davam edəcəklər.

"Ukraynanın haqq olduğu yer NATO-dadır. Bugünkü görüşümüzün əsas mesajı isə odur ki, Ukraynanın güclü havadan müdafiə sistemlərinə ehtiyacı var və biz bunu təmin etmək üçün birlikdə işləyəcəyik", - Niderland Baş naziri vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin