Rusiyanın Çerniqova hücumu nəticəsində ölənlərin sayı 17-yə çatıb, şəhərdə matəm elan edilib - YENİLƏNİB

2023/01/fdgdf-1673790936.jpg
Oxunub: 262     18:15     17 Aprel 2024    
Ötən gecə Rusiyanın Ukraynanın Çerniqov vilayətinə raket hücumu nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Ordu.az xəbər verir ki, bu barədə “RBC-Ukraina” məlumat yayıb.

Məlumata görə, üçü uşaq olmaqla 60 nəfər yaralanıb.

Bildirilib ki, hazırda 6 nəfər itkin düşmüş hesab olunur.

Şəhərdə matəm elan edilib.

***

Rusiya qoşunlarının Ukraynanın Çerniqov şəhərinə raket hücumu zamanı ölənlərin sayı 15-ə çatıb.

Ordu.az Unian-a istinadən xəbər verir ki, hadisə zamanı xəsarət alanların sayı 61-ə yüksəlib.

Yaralananlardan üçünün uşaq olduğu qeyd edilib.

Axtarış-xilasetmə işlərinin davam etdirildiyi vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin