Rusiyada Duqinin rəhbərlik etdiyi mərkəzin bağlanması tələb edilib

2021/08/Untit-1628243866.jpg
Oxunub: 194     16:22     17 Aprel 2024    
Rusiya Dövlət Humanitar Universitetinin (RQQU) tələbələri filosof Aleksandr Duqinin rəhbərlik etdiyi “İvan İlyin Təhsil və Tədqiqat Mərkəzinə qarşı” petisiya hazırlayıblar.

Ordu.az xəbər verir ki, petisiya müəllifləri etirazlarını izah edirlər ki, filosof İvan İlyin nasist rejiminin fəaliyyətinə göz yumub və Hitlerin cinayətlərinə haqq qazandırıb, buna görə də elmi mərkəzi onun şərəfinə adlandırmaq olmaz.

Rusiya Dövlət Humanitar Universitetinin rektoru Aleksandr Bezborodov “Kommersant”a bildirib ki, petisiyanın dərci Ukrayna xüsusi xidmət orqanlarının maraqları naminə həyata keçirilib, İvan İlyin heç bir faşist və ya nasisti dəstəkləməyib, universitet rəhbərliyi tələbələrlə görüşməyə, onları maraqlandıran istənilən məsələləri müzakirə etməyə hazırdır.

Qeyd edək ki, politoloq və filosof Aleksandr Duqin Kremlin əsas ideoloqlarından biri hesab olunur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Duqin   Rusiya  


Bizi "telegram"da izləyin