Aİ Gürcüstanda qəbul olunan qanun layihəsini qınayıb

2024/04/661fb-1713356937.jpg
Oxunub: 185     16:10     17 Aprel 2024    
Avropa İttifaqı Gürcüstan parlamentində “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsinin qəbulunu narahatedici hadisə adlandırıb.

Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi və Avropa İttifaqının Genişlənmə və Qonşuluq siyasəti üzrə komissarı Oliver Varhelyinin birgə bəyanatında qeyd olunub.

"Bu gün Gürcüstan parlamenti Avropa İttifaqının dəfələrlə bu cür qanunvericiliyi geri götürmək çağırışlarına və kütləvi etirazlara baxmayaraq, “Xarici təsirlərin şəffaflığı haqqında” qanununu birinci oxunuşda qəbul edib.

Bu, çox narahatedici hadisədir və bu qanunun yekun qəbulu Gürcüstanın Aİ yolunda irəliləyişinə mənfi təsir göstərəcək. Bu qanun Aİ-nin əsas norma və dəyərlərinə uyğun deyil", - birgə bəyanatda deyilir.

Qeyd olunub ki, sözügedən qanun vətəndaş cəmiyyəti və media təşkilatlarının sərbəst fəaliyyət imkanlarını məhdudlaşdıracaq, ifadə azadlığını məhdudlaşdıra və Gürcüstan vətəndaşlarına fayda verən təşkilatları ədalətsiz şəkildə ləkələyə bilər.

"Aİ Gürcüstanı onun Aİ-yə üzvlük yoluna xələl gətirə biləcək qanunları qəbul etməkdən çəkinməyə çağırır", - bəyanatda vurğulanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Gürcüstan  


Bizi "telegram"da izləyin