Tbilisidə atışma olub, üç nəfər yaralanıb

2023/10/652fe-1697637970.jpg
Oxunub: 144     15:55     17 Aprel 2024    
Gürcüstanın paytaxtı Tbilisi şəhərində atışma olub, üç nəfər yaralanıb.

Ordu.az-ın xəbərinə görə, hadisə şəhərin Tabidze küçəsində baş verib.

Şahidlər yaralılardan birinin başından, iki nəfər isə çiynindən güllə yarası aldığını söyləyiblər.

“Mən atəş səsini eşitdim. 5-6 dəfə atəş açıldı. Qonşu mənə dedi ki, güllə atan başından, özünü müdafiə edən iki nəfər isə kürəyindən yaralanıb”, - şahid qeyd edib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Atışma  


Bizi "telegram"da izləyin