Gürcüstanda müxalifət etiraz aksiyası çağırışı edib

2024/04/Ekran-1713204835.jpg
Oxunub: 168     15:45     17 Aprel 2024    
Gürcüstanın müxalif partiyalardan olan deputatları hakim “Gürcü Arzusu” partiyasının “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsini parlamentdə birinci oxunuşda dəstəkləməsi ilə əlaqədar etiraz aksiyası çağırışı edib.

Ordu.az xəbər verir ki, parlament müxalifəti vətəndaşları “ölkənin gələcəyinin qorunması üçün” axşam saat yeddidə parlamentin qarşısına toplaşmağa çağırıb. Deputatlar birgə bəyanatlarında hakim partiyanın təsisçisi Bidzina İvanişviliyə qarşı qətiyyətli mübarizəyə başlayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, qanun layihəsinə etiraz olaraq parlament binasının ətrafında keçirilən etiraz aksiyaları bu günədək əsasən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən təşkil olunub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Aksiya  


Bizi "telegram"da izləyin