Qərb ölkələrinin səfirləri Gürcüstan Prezidenti ilə görüşüb

2024/04/661fb-1713353077.jpg
Oxunub: 180     15:20     17 Aprel 2024    
Qərb ölkələrinin səfirləri Orbeliani sarayında Gürcüstan Prezidenti Salome Zurabişvili ilə görüşüb.

Ordu.az xəbər verir ki, məlumatı Gürcüstanın Prezident administrasiyası yayıb.

Bildirilib ki, görüşdə ABŞ, Böyük Britaniya, Aİ-nin səfirləri də iştirak ediblər. Məlumata görə görüşün mövzusu parlamentdə birinci oxunuşunda dəstəklənmiş “Xarici təsirlərin şəffaflığı haqqında” qanun layihəsi olub.

Qeyd olunub ki, Prezident Zurabişvili Qərb ölkələrinin Gürcüstanın Avrointeqrasiyasına dəstəyinin vacibliyini vurğulayıb.

Aİ-nin Gürcüstandakı səfiri isə bu qanunun Gürcüstanın Aİ-yə inteqrasiyasına qarşı olduğunu vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Gürcüstan  


Bizi "telegram"da izləyin