Avstriya Niderlanddan yeni zirehli vasitələr sifariş edib

2024/04/2024--1713340506.jpg
Oxunub: 199     17:29     17 Aprel 2024    
Avstriya Müdafiə Nazirliyi Niderlandda yerləşən “Defenture” şirkəti ilə GFR zirehli vasitələrinin alınması üçün müqavilə imzaladığını açıqlayıb.

Ordu.az xəbər verir ki, verilən açıqlamaya görə, yeni vasitələr Avstriya Xüsusi Əməliyyat Qüvvələrinin köhnəlmiş PUCH G 290/LP “Sandviper” vasitələrini əvəz etmək üçün alınıb.

İstehsalçı şirkət “Defenture”un baş direktoru Henk van der Şeer Avstriya Müdafiə Nazirliyi ilə əməkdaşlıqdan qürur duyduqlarını bildirib və GRF-nin yüngül taktiki vasitə seqmentində istinad nöqtəsi olduğunu vurğulayıb.

Mütəxəssislərin fikrincə, “Defenture” vasitələri hərəkətlilik, təhlükəsizlik, yükgötürmə qabiliyyəti və modul dizaynı prioritetləşdirərkən, ciddi hərbi standartlara cavab verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avstriya   Niderland  


Bizi "telegram"da izləyin