Ağdərədə qanunsuz “polis şöbəsinin rəisi” olmuş şəxs Ermənistanda əmlakı oğurlamaqda şübhəli bilinir

2024/04/timth-1713340162.jpg
Oxunub: 148     17:10     17 Aprel 2024    
Ermənistan İstintaq Komitəsinin Ağrı vilayəti istintaq idarəsinə Ermənistan Daxili İşlər Nazirliyinin Artaşat polis bölməsindən şəxsi əmlakın oğurlanması ilə bağlı sənədlər daxil olub.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri yazıb.

Aprelin 9-da Ermənistan Daxili İşlər Nazirliyinin Artaşat şöbəsinin icma polis bölməsinin inspektoru Ağrı vilayəti sakini, 33 yaşlı Artak Antonyanın bildirişi ilə müəyyənləşdirib ki, İrəvan sakini 42 yaşlı Armen Bağryan mülkiyyət əsası ilə Antonyana aid olan “VAZ 2121” markalı avtomobili idarə edir.

İcma polisinin inspektoru onu da müəyyən edib ki, qeyd olunan avtomobili A. Antonyana ləğv edilmiş qondarma qurumun “daxili işlər naziri” hədiyyə edib, lakin ermənilərin Qarabağdan könüllü köçü zamanı Ağdərə rayonunun “polis cinayət axtarış idarəsinin rəisi, həmin idarənin rəisi vəzifələri”ndə işləmiş A. Bağryan İrəvanda yaşayan 57 yaşlı Roma Harutyunyanın şifahi icazəsi ilə sözügedən avtomobillə Ermənistana köçüb və sonradan sosial vəziyyəti ağır olduğundan avtomobili ehtiyat hissəsi kimi satıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağdərə   Ermənistan  


Bizi "telegram"da izləyin