Erməni nazir: “Hərbi sənaye kompleksinə cəlb edilmiş şirkətlərc Ermənistan MN-dən 122 milyard dramlıq sifariş alıblar”

2024/04/1713339871.jpg
Oxunub: 208     16:18     17 Aprel 2024    
“Hərbi sənaye kompleksinə cəlb edilmiş şirkətlər Ermənistan Müdafiə Nazirliyindən 122 milyard dramlıq (300 milyon dollardan çox - red.) sifariş alıblar”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan deyib.

“İlin sonuna qədər bu göstəricinin 191 milyard dram (477 milyon dollardan çox – red.) səviyyəsinə çatacağını gözləyirik. 25 şirkət Müdafiə Nazirliyindən sifariş alıb. İlin sonuna qədər bu rəqəmin 29-a çatacağını gözləyirik”, - deyə Hayrapetyan qeyd edib.
Erməni nazir bildirib ki, indiyədək 3 il müddətinə 46 müqavilə imzalanıb.

Hayrapetyan qeyd edib ki, Ermənistanın Hərbi Sənaye Komitəsinin məqsədi şirkətlər üçün cəlbedici şərait yaratmaqdır.

Ermənistanın yüksək texnologiyalar sənayesi naziri deyib ki, Ermənistan Silahlı Qüvvələrində istifadə olunacaq bir neçə növ silahın daxili sınaqları keçirilib.

“Hərbi sənaye ilə bağlı hər şeyi ictimaiyyətə açıqlaya bilmirəm, bəzi məxfi məlumatlarla məşğul olduğumuz başa düşülür və bu baxımdan ictimailəşdirə biləcəyimiz hissəni ayırmağa çalışdıq. Daxili sınaqlar bir neçə silah və bir neçə idarəetmə sistemləri üzərində aparıldı, bunlar yaxın gələcəkdə Ermənistan Silahlı Qüvvələrində tətbiq olunmaq imkanı əldə edəcək. Hərbi sənayedə fəaliyyət göstərən bütün şirkətlərlə görüşlər keçirilib, bütün məsələlər qaldırılıb və bir sıra məsələlərin həlli gözlənilir”, - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MN  


Bizi "telegram"da izləyin