Erməni ekspert: “Belə olan halda İranın bizimlə münasibətlərində özünə inamı ola bilər, daha sərt danışmağa başlaya bilərlər”

2022/10/1666960791.jpg
Oxunub: 160     15:56     17 Aprel 2024    
“İsrailə hücum İranın Qafqaz regionunda da özünə inamını artıracaq”.

Ordu.az xəbər verir ki, bunu regional məsələlər üzrə erməni ekspert Armen Petrosyan deyib.

Onun sözlərinə görə, bu, Ermənistan üçün həm yaxşı, həm də pisdir.

“Yaxşı olan budur ki, bunun Azərbaycan üçün məhdudlaşdırıcı istiqaməti ola bilər. Amma Ermənistanın Qərblə daha sıx münasibətlər siyasəti yürütdüyünü nəzərə alsaq, bu, Ermənistana təzyiqləri artıra bilər. İran bunu özü üçün çağırış hesab edir. Belə olan halda İranın bizimlə münasibətlərində özünə inamı ola bilər, daha sərt danışmağa başlaya, Ermənistana daha qətiyyətlə öz dəstəklərini təklif edə bilərlər”, - deyə Petrosyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran   Qafqaz  


Bizi "telegram"da izləyin