Erməni nazir: “Ermənistan yaxın illərdə kosmosdakı peyklərinin sayını 3-ə çatdırmaq niyyətindədir”

2024/04/timth-1713339458.jpg
Oxunub: 199     15:38     17 Aprel 2024    
“Ermənistan yaxın illərdə kosmosdakı peyklərinin sayını 3-ə çatdırmaq niyyətindədir”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan deyib.

O əmin edib ki, kosmik fəaliyyət prioritet istiqamətdir.

Hayrapetyan xatırladıb ki, “ArmSat-1” kosmik foto çəkiliş həyata keçirir.

Erməni nazir qeyd edib ki, ilk peykdən gözləntilər erməni mütəxəssislərin biliklərini zənginləşdirməyə başlamaqdır.

“Mühəndislik, süni zəka, robototexnika, kvant texnologiyaları kimi istiqamətlərdə nəticə əldə etmək istəyirik. Hökumət təhsil sektoruna ayrılan vəsaiti daha da artırmaq niyyətindədir”, - deyə Hayrapetyan əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Kosmos  


Bizi "telegram"da izləyin