Erməni diasporu hərbi sənaye kompleksinə sərmayelər qoyur

2021/07/34534-3252178464.jpg
Oxunub: 206     15:09     17 Aprel 2024    
“Ölkənin hərbi sənaye kompleksinin inkişafına diasporun peşəkar və elmi məqsədyönlü cəlbi artır”.

Ordu.az xəbər verir ki, bunu jurnalistlərlə görüşündə Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Mxitar Hayrapetyan deyib.

Onun sözlərinə görə, artım dinamikası göz qabağındadır.

“Söhbət təkcə insan kapitalının cəlb edilməsindən getmir, yeni resurslar cəlb edilir, kiçik şirkətlərə investisiyalar qoyulur. Onlar silahlı qüvvələri təchiz edən şirkətlərə sərmayə qoyurlar”, - deyə Hayrapetyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-sənaye  


Bizi "telegram"da izləyin