Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb

2024/04/Ekran-1713297630.jpg
Oxunub: 130     23:20     16 Aprel 2024    
Tbilisidə polis “xarici agentlər” haqqında qanuna etiraz edən 11 nəfəri saxlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Verilən məlumata görə, etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına müxtəlif küt əşyalar, o cümlədən daş və butulkalar atıblar. Nəticədə Daxili İşlər Nazirliyinin 1 əməkdaşı xəsarət alıb, nazirliyin avtomobilinə ziyan dəyib.

Qeyd edək ki, bu gün paytaxt Tbilisidə Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının “Xarici təsirin şəffaflığı haqqında” (“xarici agentlər” haqqında) qanun layihəsinin parlamentin hüquq komitəsində müzakirə olunmasına etiraz olaraq izdihamlı aksiya keçirir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Gürcüstan   Tbilisi  


Bizi "telegram"da izləyin