ABŞ London məhkəməsinə Culian Assancın işində tələb olunan zəmanəti verib

2024/03/1711513253.jpg
Oxunub: 175     23:16     16 Aprel 2024    
Amerika Birləşmiş Ştatları London Ali Məhkəməsinə “WikiLeaks”in qurucusu Culian Assancın Amerika ərazisinə ekstradisiyası ilə bağlı tələb edilən təminatları verib.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Assancın həyat yoldaşının nümayəndəsinə istinadən məlumat yayıb.

Söhbət Assancın söz azadlığından istifadə etmək, məhkəmədə hüquqlarının pozulmaması imkanından gedir və ayrıca qeyd olunduğu kimi, ABŞ-da məhkəmə onu təqsirli hesab edərsə, Assanj ölüm cəzası ilə üzləşməyəcək.

Qeyd edək ki, Britaniya məhkəməsi Assancı dərhal ABŞ-a təhvil verməkdən imtina etmişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Culian-Assanc  


Bizi "telegram"da izləyin