ABŞ HƏMAS-ın Amerika vətəndaşlarına qarşı cinayətlərini araşdırır

2024/04/c8914-1713293987.jpg
Oxunub: 156     22:33     16 Aprel 2024    
Amerika hakimiyyəti radikal Fələstinin HƏMAS qruplaşmasının üzvlərinin ABŞ vətəndaşlarına qarşı törətdiyi cinayətləri araşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Merrik Qarland ABŞ Konqresinin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsində keçirilən dinləmələrdə bildirib.

“Biz 7 oktyabr 2023-cü ildə İsraildə amerikalıların öldürülməsi və oğurlanması ilə bağlı cinayət təhqiqatı aparırıq”, - deyə o vurğulayıb.

Qarland istintaqla bağlı əlavə təfərrüat verməkdən imtina edərək, yalnız bildirib ki, Vaşinqton tələb olunan məlumat və sübutları əldə etmək üçün İsrailin hüquq-mühafizə və kəşfiyyat orqanları ilə işləyir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   HƏMAS  


Bizi "telegram"da izləyin