İsrail Livanın cənubunu bombalayıb

2023/10/1697518452.jpg
Oxunub: 183     18:08     16 Aprel 2024    
İsrail Livanın cənubuna, ölkə ilə sərhəddəki Beyt-Hillel qəsəbəsinə aviazərbələr zərbələr endirib.

Ordu.az-ın “Al-Jazeera”ya istinadən xəbərinə görə, “Hizbullah”ın Əl-Hiyam şəhərindəki bazası da onların hədəfində olub.

Bildirilib ki, bu addım “Hizbullah”ın iki kamikadze-dronla İsrail ilə sərhədə hücumuna cavab xarakteri daşıyır.

Hadisə şahidləri silsilə partlayışların eşidildiyi barədə məlumat verib.

Qeyd edək ki, “Hizbullah”ın bir qədər əvvəl sərhəddəki Kiryat-Şimona şəhəri ərazisinə PUA-larla hücumu nəticəsində bir nəfər ölüb, ikisi isə yaralanıb.

Adı çəkilən terror təşkilatı özlərinə məxsus teleqram kanalları vasitəsilə hücumun baş verdiyini təsdiqləyib. Bildirilib ki, atılan raketlərin hər biri hədəfi zərərsizləşdirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin