Türkiyənin antiterror əməliyyatları keçirmək istəyi əzəli düşmənləri belə “barışdırır” – BAXIŞ BUCAĞI

2021/08/bordo-1628077346.jpg
Oxunub: 334     19:21     16 Aprel 2024    
“RİA Novosti” İstanbuldan anonim diplomatik mənbəyə istinadən bildirir ki, bazar günü Türkiyə və İranın xarici işlər nazirləri Fidan və Abdullahian arasında telefon danışığı olub. Telefon danışığı zamanı Türkiyə tərəfi regional gərginliyin daha da artmasına səbəb ola biləcək addımların əleyhinə olduğunu bəyan edib.

İranın xarici işlər naziri İsrailə qarşı “intiqam hərbi əməliyyatının başa çatdığını” bildirib. Qeyd olunub ki, Tehran “yenidən hücuma məruz qalmasa, heç bir yeni addım atmayacaq”. İranın xarici işlər nazirinin dediyinə görə, İranın hücuma məruz qalması halında “Tehranın cavabı güclü olacaq”.

Bu fonda Rusiya Xarici İşlər Nazirliyinin gərginlik tərəflərinə qarşı “bərabər məsafə və neytrallıq” prinsipi üzərində qurulan bəyanatı diqqət çəkir: Moskva tərəfləri təmkinli olmağa çağırır və yalnız genişmiqyaslı eskalasiyanın region ölkələrinin maraqlarına uyğun gəlmədiyinə işarə edir. İran-İsrail eskalasiyasının regiondankənar güclər tərəfindən təhrik edildiyi kifayət qədər açıq bir işarədir.

Türkiyə, prezident səviyyəsində elan olunduğu kimi, İraq və Suriyanın şimalında antiterror əməliyyatına hazırlaşır. Xarici işlər naziri Hakan Fidan İranın milli maraqlarının da nəzərə alınacağını açıqlayıb. Görünür, Ankaranın təminatları Tehranı qane etmir. Bu mənada İsrailə qarşı “hücum” Türkiyəyə də “güc nümayişidir”. İran ilin əvvəlində Türkiyənin təsir dairəsi olan İraq Kürdüstanında “hədəfi vurub”.

Ərdoğan ABŞ Prezidenti ilə görüşə hazırlaşır. İraq və Suriyanın şimalında antiterror əməliyyatını koordinasiya etmək mümkün olacaqmı? Məlumatlara görə, Rusiya da Türkiyənin bu əməliyyatına həvəsli yanaşmır. İranın narazılığı demək olar ki, göz qabağındadır.

Rusiya yaranmış vəziyyətin ABŞ-ni İrana münasibətdə bəzi dəyişikliklərə sövq edə biləcəyindən də ehtiyat edir.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   PKK   Terror   İran  


Bizi "telegram"da izləyin