ROKETSAN-ın “Alka” lazer silahı 750 metrdən hədəfini vurur

2024/04/1713249837.jpg
Oxunub: 195     15:43     17 Aprel 2024    
Qısa mənzilli lazer sistemləri Ukrayna müharibəsi ilə artan dron-Pilotsuz Uçuş Aparatı (PUA) təhlükəsində mühüm müdafiə qabiliyyəti təklif edir.

Ordu.az xəbər verir ki, ROKETSAN tərəfindən inkişaf etdirilən “Alka” Şəbəkə Qabiliyyətli Silah Sistemi 750 metr mənzili ilə qısa məsafədə ciddi müdafiə imkanları təqdim edir.

Bu yaxınlarda ROKETSAN “Alka” üçün sınaq görüntülərini paylaşıb.

Lazer silahını vuraraq dron və ya PUA-ya qarşı təsir yaradan sistem eyni zamanda şəbəkə qabiliyyəti ilə izləmə və hədəf aşkarlama yaradır.

ROKETSAN “Alka” mobil və stasionar istifadə üçün nəzərdə tutulub. Avtomobilin üzərinə kombinasiyada və ya qüllə və kabin kimi yerləşdirilə bilər. Bu da bir və ya iki nəfər tərəfindən istifadə etməyə imkan verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ROKETSAN   Alka  


Bizi "telegram"da izləyin