ABŞ-də mərmi zavodunda yanğın olub

2024/04/1713244749.jpg
Oxunub: 166     05:49     16 Aprel 2024    
Amerika Birləşmiş Şatatlarında sursat zavodunda yanğın olub.

Ordu.az xəbər verir ki, bu barədə "Atlas News" məlumat yayıb.

Hadisə Pensilvaniya ştatının Skranton şəhrində qeydə alınıb.

Hadisənin nədən baş verdiyi hələlik bəlli deyil.

Zavod ABŞ ordusu üçün artilleriya və digər döyüş sursatları istehsal edir və "Dynamics-Ordnance and Tactical Systems" tərəfindən idarə olunur.

Şirkət ABŞ-də 155 mm-lik mərmilərin ən böyük istehsalçılarından biridir və bu cür sursatlar aktiv şəkildə Ukraynaya verilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Zavod  


Bizi "telegram"da izləyin