G7-nin XİN başçıları İrana qarşı yeni sanksiyaları müzakirə edəcəklər

2024/04/1713244686.jpg
Oxunub: 105     04:51     16 Aprel 2024    
İranın İsraillə münaqişəsi fonunda Tehrana qarşı yeni sanksiyaların tətbiqi məsələsi Yeddilik Qrupu (G7) ölkələrinin xarici işlər nazirlikləri rəhbərlərinin aprelin 16-19-da İtaliyada keçiriləcək görüşündə müzakirə olunacaq.

Ordu.az-ın məlumatına görə, bunu Kanadanın xarici işlər naziri Melani Joli jurnalistlərə açıqlamasında deyib.

“Bu axşam mən G7 xarici işlər nazirlərinin görüşü üçün İtaliyaya gedəcəyəm, orada İran və İsrail arasındakı münaqişə haqqında çox danışılacaq və biz İrana qarşı yeni sanksiyaların tətbiqi barədə danışacağıq”, - Joli bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin