Netanyahu: “İran İsraili və regionu təhdid edən genişmiqyaslı təcavüz kampaniyası aparır”

2018/12/thumb-1545632443.jpg
Oxunub: 112     00:52     16 Aprel 2024    
İran təkcə İsraili deyil, bütün Yaxın Şərqi təhdid edən tammiqyaslı təcavüz kampaniyası aparır.

Ordu.az xəbər verir ki, bu açıqlama ilə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.

“İran bilavasitə və HAMAS da daxil olmaqla terror peykləri vasitəsilə təkcə İsraili deyil, bütün Yaxın Şərqi təhdid edən genişmiqyaslı təcavüz kampaniyası aparır”, - deyə İsrailin Baş naziri bildirib.

Netanyahunun açıqlamaları onun ofisi tərəfindən yayılıb.

O bildrib ki, ölkəsi İranın İsrailə hücumunu dəf etməkdə ABŞ, Böyük Britaniya, Fransa və digər ölkələrin dəstəyini yüksək qiymətləndirir.

“Beynəlxalq ictimaiyyət sülhü təhdid edən İran təcavüzünə qarşı mübarizədə bir olmağa davam etməlidir”, - o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin