Miller: "ABŞ İrana qarşı sanksiyaların sərtləşdirilməsi variantlarını araşdırır"

2024/03/1711696359.jpg
Oxunub: 121     22:45     15 Aprel 2024    
ABŞ İrana qarşı birtərəfli sanksiyaları sərtləşdirməyi nəzərdən keçirir.

Ordu.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə deyib.

“Biz sanksiyaları sərtləşdirmək, lazım gələrsə, İrana qarşı yeni sanksiyalar tətbiq etmək yollarını axtarmağa davam edirik”, - Miller bildirib.

O İran hakimiyyətinə işarə edərək, lazım gələrsə, onların məsuliyyətə cəlb olunacağını vurğulayıb.

Bundan əvvəl “Böyük Yeddilik” (G7) qrupunun liderləri videokonfransda İranın İsrailə hücumu ilə əlaqədar ona qarşı sanksiyaların tətbiqi imkanlarını müzakirə ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Miller   ABŞ   İran  


Bizi "telegram"da izləyin