Ərdoğan Qətər əmiri ilə Qəzzaya humanitar yardımı müzakirə edib

2024/04/Ekran-1713202127.jpg
Oxunub: 215     21:26     15 Aprel 2024    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı Türkiyə ilə Qətər münasibətləri, qlobal və regional problemlər, İsrailin Qəzzaya hücumları və humanitar vəziyyət müzakirə edilib.

“Ərdoğan İsrailin vəhşi hücumlarını dayandırmaq və insanlığa qarşı törətdiyi cinayətlərə görə cəzalandırmaq üçün İslam dünyasının birlik içində səylərininin artırmalı olduğunu vurğulayıb”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Qətər-əmri  


Bizi "telegram"da izləyin