İranın aviazərbələri nəticəsində İsraildə iki hərbi baza işini dayandırıb

2024/04/661d4-1713197578.jpg
Oxunub: 300     20:01     15 Aprel 2024    
İranın İsrailə endirdiyi raket zərbələri iki hərbi aviabazanın işini dayandırıb.

Ordu.az-ın “ABC News”a istinadən xəbərinə görə, sözügedən obyektlərə ümumilikdə doqquz ədəd raket atılıb.

Nəticədə “Nevatim” aviabazasındakı təyyarələrdən biri, uçuş-enmə zolağı, habelə anbar sıradan çıxarılıb. Raketlərin bir qismi isə “Nehev” bazasına düşüb.

Hadisə zamanı hərbi obyektə ciddi ziyan dəymədiyi bildirilsə də, onların fəaliyyəti müvəqqəti dayandırılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   İsrail  


Bizi "telegram"da izləyin