Tbilisidə parlament binasının qarşısında etiraz aksiyası keçirilir

2024/04/Ekran-1713197500.jpg
Oxunub: 137     19:55     15 Aprel 2024    
Gürcüstanın paytaxtı Tbilisidə parlament binasının qarşısında genişmiqyaslı etiraz aksiyası keçirilir.

Ordu.az xəbər verir ki, minlərlə Gürcüstan vətəndaşı hakim "Gürcü Arzusu" partiyasının yenidən parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edir. Gürcüstan və Avropa İttifaqının himninin səsləndirilməsi ilə başlayan aksiyada əsasən gənclər, tələbələr, vətəndaş cəmiyyəti fəalları iştirak edir.

Aksiya səbəbilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Mitinqdə çıxış edən Gürcüstanın tanınmış ictimai xadimləri, universitet müəllimləri qanun layihəsinin Gürcüstan qanunu olmadığını, Rusiya qanunu olduğunu, qanunun qəbul edilməsinin ölkəyə xəyanət olacağını, Gürcüstanın maraqlarına zidd olduğunu və xalqın iradəsini əks etdirmədiyini bildirirlər. Əraziyə çox sayda polis cəlb edilib, parlament binası ətrafında təhlükəsizlik gücləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tbilisi   Gürcüstan  


Bizi "telegram"da izləyin