İtaliya Tehrandakı konsulluğunu bağlayıb

2024/04/it_ir-1713189236.jpg
Oxunub: 133     17:48     15 Aprel 2024    
İtaliyanın Tehranda konsulluğu 14 aprel tarixindən naməlum müddətədək bağlanıb.

Ordu.az-ın məlumatına görə, bu barədə İtaliyanın Tehrandakı Səfirliyi “X” şəbəkəsindəki hesabında paylaşım edib.

Məlumata görə, zəruri məsələlər olduğu halda, İtaliya vətəndaşları elektron vasitə ilə konsulluqla əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, aprelin 14-də Niderland Xarici İşlər Nazirliyi İran və İsrail arasında artan gərginlik fonunda Niderlandın Tehrandakı səfirliyini bağladığını elan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   İran  


Bizi "telegram"da izləyin