Hakan Fidan BMT baş katibi ilə Kipri müzakirə edib

2024/04/661d2-1713189116.jpg
Oxunub: 109     17:44     15 Aprel 2024    
Türkiyə xarici işlər naziri Hakan Fidan bu gün Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş ilə telefon danışığı aparıb.

Ordu.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə XİN-dən diplomatik mənbələr bildirib.

Qeyd olunub ki, danışıq zamanı regionda baş verən son hadisələr və Qəzzadakı vəziyyət müzakirə edilib.

Bundan əlavə, Kipr məsələsi və Qara dənizdə naviqasiya təhlükəsizliyi də qiymətləndirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hakan-Fidan   Quterreş  


Bizi "telegram"da izləyin