Özbəkistan Prezidenti Tacikistana səfər edəcək

2024/04/7295a-1713186343.jpg
Oxunub: 170     16:45     15 Aprel 2024    
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev aprelin 18-də Tacikistana rəsmi səfər edəcək.

Ordu.az xəbər verir ki, bu barədə Tacikistan KİV-ləri ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Bildirilib ki, Özbəkistan dövlət başçısının səfəri iki gün davam edəcək.

Ş.Mirziyoyev səfərə Özbəkistan nümayəndə heyəti ilə yollanacaq. Onlar ticari-iqtisadi və investisiya forumunda, eləcə də məhsul və malların sərgisində iştirak edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Özbəkistan   Tacikistan  


Bizi "telegram"da izləyin