Ermənistan hərbi-sənaye kompleksi müəssisələri ilə 300 milyon dollarlıq müqavilələr bağlayıb

2024/04/f68c2-1713183352.jpg
Oxunub: 246     16:09     15 Aprel 2024    
Ermənistan Müdafiə Nazirliyi (MN) hərbi-sənaye kompleksi müəssisələri ilə 122 milyard dram (təxminən 312,8 milyon ABŞ dolları) dəyərində müqavilələr bağlayıb.

Ordu.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu yüksək texnologiyalı sənaye naziri Mxitar Ayrapetyan mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, 25 müəssisəyə sifariş verilib.

O bildirib ki, bir neçə növ silah və idarəetmə sistemləri sınaqdan keçirilib: “Onlar yaxın gələcəkdə silah arsenalına daxil olacaq”.

M.Ayrapetyan qeyd edib ki, hərbi-sənaye kompleksi müəssisələri ilə ümumilikdə 46 müqavilə imzalanıb: “İlin sonuna kimi sifarişlərin ümumi məbləğinin 489,7 milyon dollara çatacağı gözlənilir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Hərbi-sənaye-kompleksi  


Bizi "telegram"da izləyin