Sidneydə kilsədə ayin zamanı bir neçə nəfər bıçaqlanıb - VİDEO

2024/04/2024--1713180689.jpg
Oxunub: 160     15:25     15 Aprel 2024    
Sidneydə kilsədə ayin zamanı bir neçə nəfər bıçaqlanıb.

Ordu.az "The Sydney Morning Herald"a istinadən xəbər verir ki, kilsənin yepiskopu Mar Mari Emmanuelin ayin zamanı hücuma məruz qaldığını göstərən videogörüntü yayılıb.

Videogörüntüdə bir kişinin keşişin sinəsindən bıçaqladığı görünür. Keşiş yerə yıxılır və bir qrup kilsə ziyarətçisinin ona tərəf qaçması və təcavüzkarı keşişdən ayırmağa çalışması ilə daha beş dəfə bıçaqlanıb. Kilsənin yepiskopu Mar Mari Emmanuel Assuriya Ortodoks inancının ultra mühafizəkar təriqətinin lideridir.

Hücum Ueyklidəki "Crist The Good Shepherd" kilsəsində baş verib.

Polis xəsarətlərin həyati təhlükəsinin olmadığını bildirib. Bir şəxs həbs edilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Sidney   Kilsə  


Bizi "telegram"da izləyin