Rusiya ordusu modernləşdirilmiş 2S19M1 haubitsalarını təhvil alıb

2024/04/2024--1713170469.jpg
Oxunub: 166     17:30     16 Aprel 2024    
Rusiyanın dövlət şirkəti “Rostec” modernləşdirilmiş 2S19M1 “Msta-S” 152 mm-lik haubitsalarının Ukraynada tətbiq üçün Rusiya ordusuna təhvil verildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu haubitsalar Pilotsuz Uçuş Aparatlarından (PUA) işarələnmiş hədəfləri tapa bilən və Rusiyanın “Krasnopol” kimi ən son ağıllı sursatlarını buraxa bilən qabaqcıl sistemlərə malikdir.

Rusiya istehsalı olan və lazerlə idarə olunan artilleriya döyüş sursatı olan “Krasnopol” lazer işarələyici ilə müəyyən edilən hədəfləri vura bilir.

Bu sursat 152 mm və ya 155 mm-lik artilleriya sistemləri ilə istifadə oluna bilir və xüsusilə mobil və strateji hədəflərə qarşı effektivdir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   2S19M1  


Bizi "telegram"da izləyin