“44 günlük müharibədən sonra Azərbaycanın müqaviməti nəticəsində Minsk qrupu dağılıb” - Xramçixin

2024/04/1713169947.jpg
Oxunub: 407     18:31     16 Aprel 2024    
“Münaqişə zonasında diqqətəlayiq vəziyyət yaranıb”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı hərbi analitik Aleksandr Xramçixin deyib.

Onun sözlərinə görə, 44 günlük müharibədən sonra Azərbaycanın müqaviməti nəticəsində ATƏT-in Minsk qrupu dağılıb, Rusiya müharibəni dayandırıb, danışıqları davam etdirib, Qərb danışıqları Qərbə daşımaq üçün mübarizə aparıb, bir sıra mühüm görüşlər baş tutub və bu platforma da neytrallaşdırılıb.

“Verilən açıqlamalara və baş verənlərə baxsaq, hazırda bir qədər qeyri-müəyyən vəziyyət yaranıb. Bunlar bir-birinə ziddir. Necə olur ki, ABŞ vasitəçi olmaq istəyir, amma alınmır? Bəlkə istəmir, sadəcə olaraq bəyan edir? Əgər istəsəydi, ABŞ xüsusilə Cənubi Qafqazda Rusiyanın indiki hiperpassivliyi şəraitində bunu müxtəlif rıçaqlarla edə bilərdi, hətta problem Azərbaycanın buna ciddi qarşı çıxmasında olsa belə, bunu edə bilərdi”, - deyə Xramçixin qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Münaqişə  


Bizi "telegram"da izləyin