Erməni kənd başçısı gürcüləri hədələdi: “Heç bir problem olmamalıdır, fikrimcə, problem olsa, çox pis olacaq”

2024/04/1713168380.jpg
Oxunub: 302     15:45     16 Aprel 2024    
“Mən Ermənistan-Gürcüstan sərhədinin demarkasiyası barədə təxminən bir ay əvvəl mediadan xəbər tutmuşam”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Cilizə kəndinin inzibati rəhbəri Mher Vardanyan deyib.

Onun sözlərinə görə, təbii olaraq ilkin dövrdə narahatlıqlar olub.

“Amma sonra mən rəhbərlərimlə aydınlaşdırdım ki, Cilizə ilə bağlı heç bir müzakirə, rəsmi açıqlama olmayıb. Müzakirə Alaverdi bələdiyyə sədri ilə aparılıb. Bu günə kimi məndə heç bir rəsmi məlumat yoxdur. Əlimdə olan imkanlarla başqa mənbələrdən də dəqiqləşdirməyə çalışmışam və deyiblər ki, hələ belə bir şey yoxdur. Biz çayın bir tərəfindəyik, Gürcüstan isə digər tərəfindədir, heç bir problem olmamalıdır, fikrimcə, problem olsa, çox pis olacaq”, - deyə Vardanyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Gürcüstan  


Bizi "telegram"da izləyin