“Son proseslər fonunda İranın Ermənistanla bağlı mövqeləri güclənib” - Əli Salami

2024/04/1713168331.jpg
Oxunub: 279     18:47     16 Aprel 2024    
“Ermənistan suveren ölkədir və istənilən ölkə ilə münasibətlərini öz maraqlarına uyğun qurmaqda azaddır”.

Ordu.az xəbər verir ki, bunu iranlı analitik Əli Salami deyib.

Onun sözlərinə görə, lakin məsələ Qərbin Ermənistanın mövqelərini, Ermənistanın təhlükəsizliyini nə dərəcədə bölüşməsindədir.

Aprelin 5-də keçirilən görüşə toxunan analitik bildirib ki, bu, Ermənistan iqtisadiyyatına çox cüzi dəstəkdir.

“Lakin bildiyimiz kimi, Ermənistanın, əsasən, birbaşa siyasi və hərbi dəstəyə, üstəlik, İranın Ermənistana verməyə hazır olduğu təhlükəsizlik təminatına ehtiyacı var”, - deyə Salami qeyd edib.

Salami əlavə edib ki, son proseslər fonunda İranın Ermənistanla bağlı mövqeləri güclənib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   İran  


Bizi "telegram"da izləyin