Keçmiş erməni deputat: “Paşinyanın da Lukaşenko kimi Putinin yanına dəftər və qələmlə gedəcəyi istisna deyil”

2024/04/1713168203.jpg
Oxunub: 196     21:40     16 Aprel 2024    
“Hakimiyyət bir vaxtlar legitim olub, lakin seçkilərdə qalib gəliblər və prosesdə legitim olublar”.

Ordu.az xəbər verir ki, bunu erməni filosof, sosioloq, dinşünas, Ermənistan parlamentinin keçmiş deputatı Vardan Xaçatryan deyib.

Onun sözlərinə görə, vaxtilə Ermənistan Baş naziri bu və ya digər halda həbs-qətimkan tədbirinin dəyişdirilməsinin səbəbini prokurorlardan öyrənməyə çalışırdı.

“Təəssüf ki, bunlar siyasi sahədə unikal hüquqi hiylələrdir. Armen Aşotyan simvolik bir fiqurdur, ona təqib olunan şəxs statusu verilib. Cəmiyyətin əksəriyyəti hökumətin dəyişdirilməli olduğu ilə razılaşır. Son səfərlər göstərir ki, Paşinyan Qərbin dəstəyini itirib”, - deyə Xaçatryan qeyd edib.

Xaçatryan bildirib ki, Paşinyanın da Lukaşenko kimi Putinin yanına dəftər və qələmlə gedəcəyi istisna deyil.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Lukaşenko   Putin  


Bizi "telegram"da izləyin