Avropalı analitik: “Erməni tərəfi bəlkə də ümidlərini Almaniyanın vasitəçiliyinə bağlayır”

2024/04/1713168022.jpg
Oxunub: 194     16:21     15 Aprel 2024    
“Almaniyaya edilən zəng onu göstərir ki, Brüsseldə keçirilən üçtərəfli görüşdə yalnız Ermənistanla münasibətlərə dair məsələlər müzakirə olunub və ola bilsin ki, Bakının mövqeyinə görə ABŞ və Aİ-nin səylərə vasitəçilik edə bilmədiyi dolayısı ilə qeydə alınıb”.

Ordu.az xəbər verir ki, bunu avropalı analitik Syuzan Stüart deyib.

Bunun fonunda o, Dövlət Departamentinin vasitəçilik səylərinə hazır olduğunu daim xatırlatmasını vacib hesab edib.

“Bu, çox güman ki, bu məsələdə hər iki tərəfin konsensusunun olmadığını göstərir. Bu, ayrı bir müzakirə mövzusudur, bunun bir çox səbəbi var. Lakin bütün bunların fonunda Almaniyaya zəng o deməkdir ki, erməni tərəfi bəlkə də ümidlərini Almaniyanın vasitəçiliyinə bağlayır. Fikrimcə, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində kansler Şoltsun təşəbbüsü Qərbin iradəsinin təzahürü idi. Mən hesab etmirəm ki, bu münaqişəyə vasitəçilik etmək ideyası və iradəsi yalnız Almaniyadadır, xüsusən də bu, son dərəcə mürəkkəbdir, məzmun Almaniyaya tanış deyil. Digər tərəfdən, erməni tərəfinin narahatlığı da başa düşüləndir, çünki danışıqlar prosesi dalana dirənib, vasitəçilər yoxdur ki, bu da regional vəziyyəti daha da kövrək edir”, - deyə Stüart qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   Ermənistan  


Bizi "telegram"da izləyin