Erməni analitik: “Brüsseldəki görüşü uğursuzluq kimi qiymətləndirirəm”

2024/04/1713167889.jpg
Oxunub: 163     19:21     17 Aprel 2024    
“Yüksək səviyyəli rəsmilər Ermənistan hakimiyyətindən Qərblə, xüsusən də Avropa İttifaqı ilə münasibətləri dərinləşdirməyə hazır olduqları barədə mesajlar alıblar”.

Ordu.az xəbər verir ki, bunu erməni siyasi texnoloq, analitik Vigen Hakopyan deyib.

Onun sözlərinə görə, Ermənistan faktoru isə indi Qərbi sırf Ermənistan hakimiyyətinin rusları Ermənistandan və regiondan sıxışdıracaq hərəkətlərə nə dərəcədə hazır olması baxımından maraqlandırır.

“Elə bir məqam gəlib çatıb ki, Qərb Ermənistan hakimiyyətinə çox açıq şəkildə bəyanatlar, müxtəlif manipulyasiyalar və geosiyasi sövdələşmələr vaxtının bitdiyini bəyan edib”, - deyə Hakopyan qeyd edib.

Ümumiyyətlə, Hakopyan Ermənistan səlahiyyətlilərinin özlərinin yaratdığı həddən artıq gözləntiləri nəzərdə tutaraq, Brüsseldəki görüşü uğursuzluq kimi qiymətləndirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qərb   Ermənistan  


Bizi "telegram"da izləyin