“Paşinyanın verdiyi bəyanatlar qəribədir, çünki AİB-in fəaliyyətinin xarakteri dəyişməyib” - Konstantin Simonov

2024/04/1713167801.jpg
Oxunub: 166     16:21     17 Aprel 2024    
“Paşinyanın verdiyi bəyanatlar qəribədir, çünki Avrasiya İqtisadi Birliyinin (AİB) fəaliyyətinin xarakteri dəyişməyib, AİB-nin təsisçiləri onu dəyişdirmək üçün heç bir ambisiya təqdim etməyiblər, normal işi davam etdirməyə çalışıblar”.

Ordu.az xəbər verir ki, bunu rusiyalı analitik Konstantin Simonov deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası AİB tərəfdaşlarını öz geosiyasi mübarizəsinin çərçivəsinə cəlb etməyə cəhd etməyib və məlum olub ki, yalnız Belarus tərəfdaş kimi Rusiya hakimiyyətini bütün məsələlərdə heç bir fərq qoymadan dəstəkləyir.

Simonov qeyd eidb ki, lakin Rusiyada bu fenomen təbii hesab olunur və geosiyasiləşdirməyə ciddi cəhdlər olmayıb.

“Ancaq birdən-birə bu strukturda siyasi komponentin istisna edilməsi zərurəti ilə bağlı açıqlamalar verilməyə başlayanda, bu o deməkdir ki, bunlar nəyəsə xidmət etmək üçündür. Bu halda, fikrimcə, bütün bunlar Qərb auditoriyası üçündür, Ermənistan hakimiyyətinin Qərbdən müəyyən gözləntiləri var”, - deyə Simonov bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   AİB  


Bizi "telegram"da izləyin